“Xankəndi”nin futbolçusu mükafatlandırıldı
Azərbaycan I Liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, “Xankəndi” klubunun futbolçusu Bəhruz Teymurov “Ayın qolu” layihəsinin qalibi olub.
Oktyabrın ən yaxşı qolu V turda “Şahdağ Qusar”la qarşılaşmada qeydə alınıb.
Bəhruz Teymurova mükafatı Peşəkar Futbol Liqasının (PFL) inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.













