"Neftçi" "Kəpəz"ə qalib GƏLDİ

 22:34 06.11.2026     60

Misli Premyer Liqasının XI turunda "Neftçi" "Kəpəz" komandası ilə üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun Bakı komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.

Qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. Gəncə kollektivi isə 17 xalla beşincidir.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmasında "Turan Tovuz" səfərdə "Qarabağ"a səfərdə (0:1) qalib gəlib. "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən