Tovuzda toyda “Qarabağ”la oyuna baxdılar - VİDEO

 11:50 07.11.2026     31

Ötən gün Tovuzda baş tutan toy mərasimlərinin birində maraqlı anlar yaşanıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, toyda qonaqlar şənliklə yanaşı Misli Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” - “Turan Tovuz” matçını da izləyiblər.

Belə ki, şadlıq sarayının monitorlarının ikisində həmin qarşılaşma nümayiş etdirilib. Bu da həmin bölgədə futbola marağın nə qədər böyük olduğunu göstərir.

Qeyd edək ki, “Turan Tovuz” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

Vumart və Güvən reklamı Vumart Güvən