Ronaldo "Ən-Nəsr"lə bağlı qərarını VERDİ

 22:55 07.11.2026     117

Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib.

Redaktor.az  "365Scores Arabic"ə istinadən xəbər verir ki, o, klubla müqaviləni uzatmağı planlaşdırmır və 2026/27 mövsümü onun peşəkar karyerasında sonuncu ola bilər.

Qeyd olunur ki, Ronaldo artıq "Ən-Nəsr"in rəhbərliyini öz qərarı barədə məlumatlandırıb. Ronaldonun Səudiyyə komandası ilə hazırkı müqaviləsi 2027-ci ilin iyuluna qədər nəzərdə tutulub.

Buna baxmayaraq, klubun nümayəndələri portuqaliyalını bir müddət daha qalmağa razı salmağa çalışırlar. Lakin hazırda ən ehtimal olunan ssenari müqavilənin müddəti başa çatdıqdan sonra onun karyerasını başa vurması hesab edilir.

Vumart və Güvən reklamı Vumart Güvən