“İmişli” “Sumqayıt”a, “Şamaxı” “Sabah”a qarşı
Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulacaq.
Redaktor.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə “İmişli” “Sumqayıt”ı qəbul edəcək. Günün və turun son matçında isə “Şamaxı” “Sabah”ın qonağı olacaq.
8 noyabr
15:00.“İmişli” – “Sumqayıt”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov, Cavid Cəlilov (VAR)
Yevlax şəhər stadionu
17:30.“Sabah” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı, Rəvan Həmzəzadə (VAR)
“Sabah Arena”













