“Turan” Voleybol Klubundan daha bir tarixi uğur

 21:15 10.11.2026     51

Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, Tovuz təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” komandasını 3:0 hesabı ilə məğlub edib.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma azarkeşlərin böyük marağı və dəstəyi fonunda baş tutub.

Qeyd edək ki, “Turan” səfərdəki ilk görüşdə də rəqibini 3:0 hesabı ilə üstələyib.

Beləliklə, Tovuz təmsilçisi adını Avropanın ən güclüləri sırasına yazdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən