Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətindəki problemlərə görə xəstəxanada müalicə aldıqdan sonra komandanın düşərgəsinə qayıdıb.
Redaktor.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Oktyabrın sonunda gənclər komandasının məşqi zamanı huşunu itirən belçikalı mütəxəssis hazırda özünü yaxşı hiss edir. O, həftənin əvvəlindən klubun bazasında məşqlərə qatılıb. Kompani burada çiyin zədəsindən sonra reabilitasiya prosesini də davam etdirir.
Qeyd edək ki, Kompani həkim nəzarətində olduğu müddətdə onun vəzifələrini köməkçisi Aaron Danks icra edib.













