Azərbaycanın Yeniyetmə Olimpiyaçılarının bayraqdarları müəyyənləşdi

 14:02 12.11.2026     27

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarları müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Seneqalın paytaxtı Dakarda keçirilən mərasimdə Azərbaycanın üçrəngli bayrağını boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) daşıyacaqlar. Bu seçim gender bərabərliyi prinsipi əsasında edilib.

Bağlanış mərasimi noyabrın 13-də Atletlər Kəndində Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 5 medal var. Cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medala sahib çıxıblar. Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə gümüş medal qazanıblar.

Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşımışdılar.

Vumart və Güvən reklamı Vumart Güvən