Niderland Yunanıstanı, Serbiya Almaniyanı qəbul edir - UEFA Millətlər Liqası

 09:32 13.11.2026     33

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək.

Redaktor.az xəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq.

A Liqasının II qrupunda Niderland Yunanıstanı, Serbiya isə Almaniyanı qəbul edəcək.

B Liqasının I qrupunda Şotlandiya Şimali Makedoniya, Sloveniya isə İsveçrə ilə qarşılaşacaq.

C Liqasının III qrupunda Moldova Qazaxıstanı, Slovakiya isə Farer adalarını qəbul edəcək. IV qrupda Bolqarıstan İslandiya, Lüksemburq isə Estoniya ilə üz-üzə gələcək.

D Liqasının I qrupunda Andorra Cəbəllüttariqlə qarşılaşacaq. II qrupda isə Azərbaycan millisi səfərdə Lixtenşteynlə üz-üzə gələcək.

UEFA Millətlər Liqası

A Liqası, II qrup

23:45, Niderland - Yunanıstan;

23:45, Serbiya - Almaniya.

B Liqası, I qrup

23:45, Şotlandiya - Şimali Makedoniya;

23:45, Sloveniya - İsveçrə.

C Liqası, III qrup

21:00, Moldova - Qazaxıstan;

23:45, Slovakiya - Farer adaları.

C Liqası, IV qrup

23:45, Bolqarıstan - İslandiya;

23:45, Lüksemburq - Estoniya.

D Liqası, I qrup

23:45, Andorra - Cəbəllüttariq.

D Liqası, II qrup

23:45, Lixtenşteyn - Azərbaycan.

Vumart və Güvən reklamı Vumart Güvən