Dünya çempionu prezidentliyə namizəd OLACAQ
Futbol üzrə 1990-cı ilin dünya çempionu Tomas Bertold Almaniya prezidentliyinə namizəd göstərilə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, “Almaniya üçün Alternativ” (AfD) partiyası sabiq futbolçunun namizədliyini irəli sürməyi planlaşdırır. Partiyanın qərarı Berlində keçiriləcək iclasda rəsmən elan edəcəyi gözlənilir.
Qeyd edək ki, Almaniya Kansleri Fridrix Merts noyabrın 9-da Bavariya parlamentinin sədri İlze Ayqnerin prezidentliyə namizədliyini dəstəklədiyini açıqlayıb. Prezidentliyə digər mümkün namizədlər arasında Bundestaqın sədri Yuliya Klökner və təhsil naziri Karin Prien də var.
Xatırladaq ki, Almaniyada prezident seçkiləri 2027-ci il yanvarın 30-da keçiriləcək. Ölkə prezidentini Federal Məclis seçir.













