UEFA Millətlər Liqasında gecənin nəticələri

 02:06 14.11.2026     106

Noyabrın 13-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində ilk oyun günü baş tutub.

Redaktor.az xəbər verir ki, günün diqqətçəkən qarşılaşmalarından birində Azərbaycan milli komandası səfərdə Lixtenşteyn yığmasının qonağı olub. Gərgin keçən matç millimizin 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.

Turun ən məhsuldar və böyükhesablı nəticəsi Niderlandda qeydə alınıb. Meydan sahibləri Yunanıstan seçməsinin qapısından 7 cavabsız top keçiriblər. İkinci böyükhesablı qələbəni isə səfərdə Bolqarıstanı 5:0 hesabı ilə məğlub edən İslandiya millisi qazanıb. Almaniya yığması Serbiya səfərindən 3:1 hesablı qələbə ilə dönüb.

13 noyabrda baş tutan bütün oyunların nəticələrini təqdim edirik:

  • Moldova 2 – 1 Qazaxıstan
  • Şotlandiya 2 – 1 Şimali Makedoniya
  • Andorra 2 – 0 Cəbəllütariq
  • Sloveniya 0 – 0 İsveçrə
  • Niderland 7 – 0 Yunanıstan
  • Serbiya 1 – 3 Almaniya
  • Lixtenşteyn 0 – 1 Azərbaycan
  • Slovakiya 2 – 2 Farer adaları
  • Bolqarıstan 0 – 5 İslandiya
  • Lüksemburq 0 – 1 Estoniya

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən