Bir oyunda 9 qol və het-trik: Millətlər Liqasında gecənin sensasiyalı nəticələri

 00:13 16.11.2026     123

UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsində VI turun oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda son turun hər iki qarşılaşması baş tutub.

Helsinkidəki "Bolt Arena" stadionunda keçirilən görüşdə Finlandiya millisi San-Marinonu 7:2 hesabı ilə darmadağın edib.

Meydan sahiblərinin heyətində Adrian Svanbek (8, 20, 78-ci dəqiqələr) het-trikə imza atıb. Joel Pohyanpalo (36, 42), Leo Valta (17) və Daniel Hakans (70) da fərqləniblər. Qonaqların hər iki qolunu isə Nikola Nanni (26-cı dəqiqə, penaltidən və 76) vurub.

Qrupun digər matçında Albaniya millisi səfərdə Belarusla qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rey Manay (28) və Elseid Hüsay (57) Albaniya yığmasına qələbə qazandırıblar.

Beləliklə, 15 xal toplayan Albaniya millisi qrupu lider kimi başa vuraraq birbaşa B Liqasına yüksəlib.

Belarus və Finlandiya yığmaları isə hərəyə 10 xal toplasalar da, şəxsi qarşılaşmaların nəticələrinə əsasən Belarus ikinci pilləni tutub. Bu komanda B Liqasına yüksəlmək uğrunda pley-off mərhələsində mübarizə aparacaq. San-Marino isə bütün görüşlərdə məğlub olaraq xalsız qalıb.

C Liqası, 1-ci qrup – Yekun turnir cədvəli

* Albaniya – 6 oyun, 15 xal (toplar: 12-3)

* Belarus – 6 oyun, 10 xal (toplar: 7-4)

* Finlandiya – 6 oyun, 10 xal (toplar: 16-6)

* San-Marino – 6 oyun, 0 xal (toplar: 3-25)

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən