Azərbaycan millisinin oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək.
Redaktor.az xəbər verir ki, azərbaycanlı azarkeşlər gecənin ilk qarşılaşmasında Farer Adaları və Moldova millilərinin oyununu izləyə biləcəklər.
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matç "CBC Sport" TV-də yayımlanacaq.
Gecənin digər maraqlı qarşılaşmasında Almaniya və Niderland yığmaları üz-üzə gələcəklər. Bakı vaxtı ilə saat 23:45-də start götürəcək oyunu da "CBC Sport" TV canlı yayımlayacaq.
Bundan başqa, Azərbaycan millisi yoxlama oyununda Andorra ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və "CBC Sport" TV-də yayımlanacaq.
UEFA Millətlər Liqası
16 noyabr
19:00; Farer Adaları - Moldova ("CBC Sport" TV);
23:45; Almaniya - Niderland ("CBC Sport" TV).
Yoxlama oyunu
22:00; Andorra - Azərbaycan ("CBC Sport" TV).













