Qazaxıstan son saniyələrdə şok yaşadı, Slovakiya məğlubiyyətdən xilas oldu - Millətlər Liqası

 22:04 16.11.2026     35

UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunda 6-cı turun oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, son turda Slovakiya millisi son dəqiqələrdə məğlubiyyətdən xilas olub, Farer adaları isə Moldova üzərində qələbə qazanaraq qrup mərhələsini ikinci pillədə başa vurub.

Slovakiya son saniyələrdə məğlubiyyətdən xilas oldu

Qrupun son turunda Qazaxıstan millisi doğma meydanda Slovakiyanı qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Meydan sahibləri 29-cu dəqiqədə İslam Çesnokovun qolu ilə hesabı açıblar. Qalımjan Kenjebekin məhsuldar ötürməsindən sonra fərqlənən futbolçu ilk hissədə komandasının üstünlüyünü təmin edib.

İkinci hissədə hücumlarını artıran Slovakiya 56-cı dəqiqədə Robert Bojenikin qolu ilə hesabı bərabərləşdirib. David Krçikin ötürməsini dəqiq tamamlayan hücumçu komandasına ümid versə də, Qazaxıstan millisi cəmi 9 dəqiqə sonra yenidən önə keçib. Bu dəfə Yan Voroqovski Kenjebekin ötürməsindən sonra fərqlənib.

Qələbəyə yaxın olan Qazaxıstan millisi üstünlüyünü sonadək qoruya bilməyib. 86-cı dəqiqədə meydana daxil olan Adrian Kapralik əsas vaxta əlavə edilmiş 5-ci dəqiqədə – 90+5-ci dəqiqədə qol vuraraq Slovakiyaya bir xal qazandırıb.

Farer adaları Moldova üzərində qalib gəldi

Qrupun digər oyununda Farer adaları doğma meydanda Moldova millisini qəbul edib. Qarşılaşmada vurulan yeganə qolun müəllifi Aki Samuelsen olub. O, 24-cü dəqiqədə rəqib qapısına yol taparaq komandasına 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticə ilə Farer adaları qrup mərhələsində ilk qələbəsini əldə edib və turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Qrupda yekun sıralama bəlli oldu

Son turun nəticələrindən sonra Slovakiya 12 xalla qrupu lider kimi başa vurub. 3 qələbə və 3 heç-heçə ilə məğlubiyyətsiz çıxış edən komanda birbaşa B Liqasına yüksəlib.

Farer adaları 8 xalla ikinci yeri tutaraq B Liqasına vəsiqə uğrunda pley-off mərhələsində iştirak hüququ qazanıb.

7 xalı olan Moldova üçüncü pillədə qərarlaşıb və növbəti mövsüm də C Liqasında mübarizə aparacaq.

Qazaxıstan millisi isə 3 xalla qrupu sonuncu yerdə tamamlayıb. 3 heç-heçə və 3 məğlubiyyətlə yadda qalan komandanı C Liqasında qalmaq uğrunda pley-off oyunları və ya D Liqasına düşmək təhlükəsi gözləyir.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən