Millimiz səfərdə qalib GƏLDİ

 23:54 16.11.2026     133

Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində səfərdə Andorra yığması ilə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, millimiz Enkamp şəhərində yerləşən "Estadi de la FAF" stadionunda keçirilən görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edib.

Bakı vaxtı ilə saat 22:00-da başlayan qarşılaşmada komandamız artıq 2-ci dəqiqədə Eşqin Əhmədovun qolu ilə hesabı açıb. İlk hissə millimizin minimal üstünlüyü ilə başa çatıb.

İkinci hissənin 47-ci dəqiqəsində Musa Qurbanlı fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb. Andorra yığması 55-ci dəqiqədə Rikard Fernandezin qolu ilə fərqi azaltsa da, 70-ci dəqiqədə Toral Bayramov Azərbaycan millisinin üçüncü qolunu vurub və oyunun yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbə Azərbaycan millisinin Andorra üzərində tarixdəki ən böyükhesablı qələbəsidir.

Komandalar indiyədək 6 dəfə üz-üzə gəliblər. Bu görüşlərin ikisində Azərbaycan millisi qələbə qazanıb, dörd qarşılaşma isə heç-heçə ilə başa çatıb. Yığmamız rəqibi üzərində əvvəlki yeganə qələbəsini 4 iyun 2008-ci ildə keçirilən yoldaşlıq oyununda 2:1 hesabı ilə əldə etmişdi.

Qarşılaşma, eyni zamanda, Azərbaycan millisinin kapitanı Emin Mahmudovun yığma karyerasındakı son oyunu kimi əlamətdar olub.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən