Ronaldonun anası Portuqaliya millisinin məğlubiyyətinə sevindi

 23:55 16.11.2026     52

Kriştiano Ronaldonun anası Dolores Aveiro Millətlər Liqasında Danimarkaya 1:4 hesabı ilə uduzan Portuqaliya millisinin çıxışını tənqid edib.

Redaktor.az xəbər verir ki, onun açıqlamasını “O Jogo” nəşri yayıb.

Aveiro iddia edib ki, oğlu milli komanda tərəfindən aldadılıb və ona hörmətsiz münasibət göstərilib. O, Ronaldonun millidəki vəziyyətə görə kədərləndiyini, özünün də baş verənlərdən incidiyini bildirib. Futbolçunun anası Portuqaliyanın məğlubiyyətini haqlı hesab etdiyini və hətta bu nəticədən məmnun qaldığını deyib.

“Xatirə onun iştirakı ilə keçirilməli idi, iştirakı olmadan yox. Biz bunu burada, “Sportinq”də keçirəcəyik. Ona burada hörmət edirlər. Milli komandada isə hətta komanda yoldaşları belə ona hörmət etmirdilər”, – Dolores Aveiro bildirib.

Qeyd edək ki, Ronaldonun beynəlxalq futboldan ayrıldığını elan etməsindən sonra Danimarka ilə qarşılaşma Portuqaliya millisinin ilk oyunu olub. Görüş zamanı portuqaliyalı futbolçular 7 nömrəli forma geyiniblər. Braqa stadionunda azarkeşlər “Təşəkkürlər, kapitan!” yazılmış pankart açıblar və matçın 7-ci dəqiqəsində Ronaldonun adını səsləndiriblər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən