Mbappeyə irqçi şüarlar səsləndirən azarkeşə ağır cəza verildi
“Real”ın ulduz futbolçusu Kilian Mbappeyə qarşı irqçi şüarlar səsləndirən azarkeş 11 ay azadlıqdan məhrum edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Belə ki, ötən mövsüm “Real Oviedo”ya qarşı keçirilən matçda azarkeşlərdən biri Mbappeni irqçi şüarlarla təhqir etmiş, klub isə bununla bağlı şikayət etmişdi.
Bu gün isə həmin şəxs haqqında qərar verilib. Məhkəmənin qərarına əsasən o, 11 ay azadlıqdan məhrum edilib. Həmçinin başqa cəzalara da məruz qalıb.
11 ay həbs cəzası sonradan 2 illik stadionlara getmək qadağası ilə əvəzlənib.













