Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurdu
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsinin I raundunda sonuncu görüşünə çıxıb.
Redaktor.az xəbər verir ki, komanda Litva ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Yığmanın qolunu Rəsul Balakişiyev vurub.
Qeyd edək ki, U-17 daha əvvəl Şimali İrlandiya (0:4) və Almaniyaya (0:7) uduzub.













