Millimizin futbolçularının qaydalardan xəbəri yox imiş - Şahruddindən ETİRAF

 16:14 18.11.2026     41

Azərbaycan yığmasının və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev qalmaqallı açıqlama verib.

Redaktor.az xəbər verir ki, azersiport.com saytına danışan təcrübəli qapıçı Millətlər Liqasındakı qaydaları bilmədiklərini etiraf edib.

O bildirib ki, Lixtenşteynlə son turun matçında ən azı 2 top vurmalı olduqlarını və Avropa çempionatının pley-off mərhələsi üçün ümumilikdə D divizionunda birinci yeri tutmaqlarından xəbərləri olmayıb: “Əvvəlcədən bu qaydadan xəbərimiz yox idi. Deyəsən, əvvəllər belə qayda mövcud deyildi, sonradan əlavə edildi. Müxtəlif versiyalar var idi. Eşitmişdim ki, xallar bərabər olacağı təqdirdə reytinqdə daha yuxarıda olan komanda növbəti mərhələyə yüksələcək. Bu göstəricidə isə biz Maltadan öndəyik”.

“Bəs çoxlu qol vurmaq lazım olduğunu bilsəydiniz, fərqli oynayardınız?” sualına Məhəmmədəliyev belə cavab verib: “İkinci hissədə fərqli oynayardıq. Amma biz sadəcə qalib gəlmək və qrupu birinci pillədə başa vurmaq barədə düşünürdük”.

 

Vumart və Güvən reklamı Vumart Güvən