Mudrik dopinq qalmaqalına görə Ukrayna Futbol Assosiasiyasını günahlandırdı

 22:22 19.11.2026     37

Ukraynalı futbolçu Mixail Mudrik dopinq testinin müsbət nəticələnməsinə və futboldan uzaqlaşdırılmasına görə Ukrayna milli komandasının ətrafındakı mühiti günahlandırıb.

Redaktor.az xəbər verir ki x “Çelsi”yə məxsus olan və hazırda icarə əsasında “Tottenhem”də çıxış edən futbolçu Ukraynanın “Guest of Gordon” adlı yutub kanalına müsahibəsində bu barədə danışıb.

Mudrik 2024-cü ildə meldonium adlı qadağan olunmuş maddəyə görə müsbət dopinq testinin nəticəsi ilə üzləşib. Əvvəlcə İngiltərə Futbol Assosiasiyası tərəfindən dörd il müddətinə cəzalandırılsa da, İdman Arbitraj Məhkəməsinə müraciətindən sonra cəzasının müddəti azaldılıb. Futbolçu 2026-cı ilin iyulunda yaşıl meydanlara qayıdıb.
O, meldonium adlı maddə haqqında əvvəllər heç nə eşitmədiyini və bu preparatın orqanizminə yalnız Ukraynada olarkən düşə biləcəyini iddia edib:

"Mən belə bir dərman haqqında heç vaxt eşitməmişdim. Bu, yalnız Şərqi Avropada əldə edilə bilən preparatdır. Onun orqanizmimə yalnız Ukraynada düşməsi mümkün idi. İngiltərədə belə bir dərman yoxdur".

Futbolçu bildirib ki, Ukraynada yalnız milli komandanın düşərgəsində olduğu üçün maddənin orqanizminə məhz həmin vaxt daxil olduğunu düşünür.

Mudrik Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenkodan və qurumun digər nümayəndələrindən lazımi dəstəyi görmədiyini də söyləyib.

O, cəza xəbərini aldıqdan sonra ağladığını və psixoloji baxımdan çox ağır günlər keçirdiyini etiraf edib. Futbolçu hüquqi müdafiəsinə, fərdi məşqlərə və fizioterapiyaya milyonlarla funt sterlinq xərclədiyini də açıqlayıb.

Ukrayna Futbol Assosiasiyasından isə məsələ ilə bağlı açıqlama almaq üçün müraciət edildiyi bildirilir. 

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən