"Real Madrid" Tçuameni ilə müqaviləni 2032-ci ilə qədər UZATDI
İspaniyanın “Real Madrid” klubu fransalı yarımmüdafiəçi Orelyen Tçuameni ilə müqaviləni uzadıb.
Redaktor.az xəbər verir ki, Madrid təmsilçisinin rəsmi açıqlamasına əsasən, 26 yaşlı futbolçu ilə yeni müqavilə 2032-ci ilin yayına qədər qüvvədə olacaq.
Tçuameninin əvvəlki müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu. Beləliklə, “Real Madrid” Fransa millisinin üzvü ilə əməkdaşlığını daha dörd il uzadıb.
Qeyd edək ki, Orelyen Tçuameni 2022-ci ildə Fransanın “Monako” klubundan 80 milyon avro qarşılığında “Real Madrid”ə transfer olunub. O, cari mövsümdə Madrid təmsilçisinin heyətində 10 oyuna çıxıb. Zədə səbəbindən isə dörd qarşılaşmanı buraxıb.
Maraqlıdır ki, “Real Madrid” bundan bir gün əvvəl türkiyəli futbolçu Arda Gülərlə də altıillik yeni müqavilə imzalayıb.
Turan ASLAN













