MLS-in ən çox qazanan futbolçuları AÇIQLANDI

 23:23 19.11.2026     64

MLS Futbolçular Assosiasiyasının açıqladığı son maaş məlumatlarına əsasən, Lionel Messi liqanın ən yüksək ödəniş alan futbolçusu statusunu qoruyub.

Redaktor.az xəbər verir ki, “İnter Mayami”nin argentinalı ulduzunun zəmanətli illik qazancı 28,3 milyon dollar təşkil edir.

Siyahıda ikinci yerdə Robert Levandovski, üçüncü pillədə isə Antuan Qrizmann qərarlaşıb. Sonrakı yerləri Son Hın Min və Breel Embolo tutur.

Məlumatda futbolçuların əsas maaşı və zəmanətli bonusları nəzərə alınıb.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən