Messi və “İnter Mayami” MLS tarixində yeni uğura hazırlaşır

 23:27 19.11.2026     58

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” ardıcıl ikinci dəfə MLS Kubokunu qazanmağa çalışacaq.

Redaktor.az xəbər verir ki, ABŞ mətbuatının diqqətində olan argentinalı futbolçu komandasının əsas lideridir. “İnter Mayami” 2026-cı il mövsümünün Şərq Konfransını ikinci pillədə başa vurub.

Komanda noyabrın 21-də “Kolambus Kru” ilə pley-off mərhələsində qarşılaşacaq.

Qeyd edək ki, Messi bu mövsüm 26 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb. O, ardıcıl üçüncü dəfə MLS-in ən yaxşı futbolçusu seçilməyə də namizəddir. 

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən