Azərbaycanın U-20 millisi növbəti yoldaşlıq oyununu keçirəcək

 10:53 20.11.2026     42

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirəcək.

Redaktor.az xəbər verir ki, U-20 yığması yenə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Vumart və Güvən reklamı Vumart Güvən