Azərbaycan parataekvondoçusu dünya çempionu oldu

 11:55 20.11.2026     30

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.

Redaktor.az xəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal qazanıb.

20 yaşlı paralimpiyaçımız 1/8 finalda hindistanlı Mohit Sinqhi, 1/4 finalda monqolustanlı Tyemirbyek Xaulyeti, yarımfinalda isə taypeylı Syao Syan-veni məğlub edərək finala yüksəlib.

Sabir həlledici görüşdə son Paralimpiya çempionu, israilli Asaf Yasuru üstələyərək dünya çempionu tituluna yiyələnib.

Vumart və Güvən reklamı Vumart Güvən