Dünya çempionatında iki cüdoçumuz 1/8 finala yüksəldi

 11:46 21.11.2026     38

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycanın iki idmançısı 1/8 finala yüksəlib.

Redaktor.az xəbər verir ki, yarışın son fərdi günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov 1/16 finalda özbəkistanlı İnomjon Baxodirova uduzaraq mübarizəni dayandırıb.

Eyni çəkidə çıxış edən Aslan Kotsoyev isə əvvəlcə Dilşod Naşirova qalib gəlsə də, növbəti görüşdə rusiyalı Ademirkan Tambiyevə məğlub olub.

100 kq-da Canpolad Əliyev ilk görüşündə ukraynalı İvan Harmaşı məğlub edərək 1/16 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Vladimir Dosyaka ilə qarşılaşmadan məğlub ayrılıb. Eyni çəkidə mübarizə aparan Davud Namazlı isə qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

+100 kq çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov da monqolustanlı Temuulen Munxçuluunu ipponla məğlub edərək növbəti mərhələyə yüksəlib.

Beləliklə, Davud Namazlı və Ramazan Əhmədov 1/8 finalda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən