UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı - Texniki məğlubiyyət verilə bilər

 12:24 21.11.2026     28

UEFA İntizam Komitəsinin Andorra – Azərbaycan (1:3) oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir.

Redaktor.az sportliqa.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbul etmək üçün Bədavi Hüseynov meydana daxil olub.

Lakin sonradan məlum olub ki, Bədavi Hüseynov oyunun iştirak ərizəsində qeydiyyata alınmayıb. 

Maraqlıdır ki, AFFA-nın rəsmi sosial şəbəkə hesablarında qarşılaşmadan əvvəl paylaşılan heyət siyahısında da Bədavi Hüseynovun adı yer almayıb.

İddialara görə, AFFA rəhbərliyi oyundan sonra yaranmış vəziyyəti ictimaiyyətdən gizlətmək məqsədilə həmin paylaşımın silinməsi barədə göstəriş verib. Nəticədə post Facebook və Instagram hesablarından silinsə də, Threads platformasında qalıb.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər.

 

Vumart və Güvən reklamı Vumart Güvən