Çempionlar Liqasında bu gecə 9 oyun keçiriləcək - Günün əsas qarşılaşmaları
Bu gün UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin V turu çərçivəsində növbəti oyunlar keçiriləcək.
Redaktor.az xəbər verir ki, turun ilk qarşılaşmaları Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Digər görüşlər isə noyabrın 25-nə keçən gecə, saat 00:00-da start götürəcək.
Gecənin diqqətçəkən qarşılaşmalarından biri İngiltərədə baş tutacaq. Londonun "Arsenal" klubu Almaniya təmsilçisi "Borussiya Dortmund"u qəbul edəcək.
Digər maraqlı görüşdə İngiltərənin "Mançester Siti" komandası İtaliya "Napoli"si ilə üz-üzə gələcək. İspaniya nəhəngi "Real Madrid" isə Niderlandın PSV klubu ilə qarşılaşacaq.
Günün digər oyunlarında Türkiyənin "Qalatasaray" komandası İngiltərə təmsilçisi "Aston Villa"nı qəbul edəcək. Niderlandda "Feyenoord" və Portuqaliyanın "Porto" klubları, Almaniyada isə "Leypsiq" və Fransanın "Lans" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Günün oyunlarının təqvimi (Bakı vaxtı ilə):
Saat 21:45
-
"Bodo/Qlimt" – "LASK"
-
"Qalatasaray" – "Aston Villa"
Saat 00:00
-
"Arsenal" – "Borussiya Dortmund"
-
"Mançester Siti" – "Napoli"
-
"Real Madrid" – PSV
-
"Leypsiq" – "Lans"
-
"Feyenoord" – "Porto"
-
"Slovan Bratislava" – "Real Betis"
-
"Komo" – AEK
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin V turunun digər 9 qarşılaşması noyabrın 25-də keçiriləcək.
Turan ASLAN













