Çempionlar Liqasında tarixi hadisə: İki türkiyəli məşqçi ilk dəfə üz-üzə gələcək

 15:26 24.11.2026     40

UEFA Çempionlar Liqasının V turunda keçiriləcək “Şaxtyor” (Donetsk) – “Fənərbağça” matçı tarixi hadisə ilə əlamətdar olacaq.

Redaktor.az xəbər verir ki, turnirin tarixində ilk dəfə iki türkiyəli baş məşqçi qarşılaşacaq.

Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Arda Turan ötən mövsüm komandasını ölkə çempionu edib. Onun rəhbərlik etdiyi kollektiv bu mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb və V turda “Fənərbağça” ilə üz-üzə gələcək.

İstanbul təmsilçisi isə İsmayıl Kartaldan sonra “Liverpul”la matça Dirk Kuytun rəhbərliyi altında çıxıb. Daha sonra komandanın baş məşqçisi vəzifəsinə Emre Belözoğlu təyin olunub.

Beləliklə, noyabrın 25-də Londondakı “Stemford Bric” stadionunda keçiriləcək qarşılaşmada Arda Turan və Emre Belözoğlu ilk dəfə UEFA Çempionlar Liqasında rəqib baş məşqçilər kimi üz-üzə gələcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən