"Ən azından bir xal qazana biləcəyik" - "Sabah"ın "Barselona" ilə oyunundan gözləntilər
"Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda baş tutacaq “Barselona” - “Sabah” oyunu gərgin olacaq. Baxmayaraq ki, “Barselona”nın heyətində əskiklər var, amma maraqlı oyun olacaq".
Bunu Redaktor.az-a açıqlamasında "Difai" Futbol Kulubunun icraçı vitse-prezidenti Əbülfəz Hüseynli bildirdi.
Onun sözlərinə görə, “Sabah” da istəyəcək ki, “Barselona”dan xal alsın:
.png)
"Düzdür, bir az çətin oyun olacaq, çünki “Sabah” dünyanın ən güclü üç klubundan birinə qarşı oynayacaq. Bu, “Sabah” futbol klubu üçün həm klub kimi, həm də meydançada çox böyük bir təcrübə olacaq. Futbol klubu kimi onun üçün təcrübə olacaq ki, “Barselona”nın prezidenti, direktoru, hamısı Bakıya təşrif buyurub və orada da yəqin ki, əməkdaşlıq söhbətləri də gedəcək. “Sabah” meydançada böyük klubla necə oynamaq lazımdır, bunu göstərəcək. Ümid edirəm ki, ən azından bir xal qazana biləcəyik. Düzdür, çətin olacaq, amma biz də sevinirik ki, bu gün Azərbaycanda “Barselona”nın oyunçularını görəcəyik və bu, Azərbaycan üçün böyük bir şansdır. İnşallah ki, uğurlu olar və “Sabah” xal alar".
Aytəkin TOFİQQIZI













