Fazil Mustafa “Sabah” – “Barselona” oyunu ilə bağlı proqnoz VERDİ

 18:03 25.11.2026     46

Bildiyimiz kimi, bu gün İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində paytaxtımızda “Sabah”la qarşılaşacaq.

Oyunla bağlı gözləntilərini Redaktor.az-a açıqlayan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu gün sürpriz nəticə gözləmək çətindir:

"Amma hər halda, yaxşı oyun nümayiş etdirmək futbolçuların özləri üçün də vacibdir. Çünki bu, onların tanınması baxımından yaxşı fürsətdir. Hər bir oyunçu çalışacaq ki, “Barselona” ilə bütün dünyanın izlədiyi oyunda öz qabiliyyətini ortaya qoysun. Bu, onların gələcək transferləri və performanslarının qiymətləndirilməsi baxımından mühüm imkandır, bir növ platformadır. Yəqin ki, futbolçular bu fürsətdən istifadə etməyə çalışacaqlar. Çünki belə təcrübəli komandalara qarşı mübarizə aparmaq üçün böyük resurslara sahib olmaq lazımdır. Bizdə isə bu resurs yoxdur. “Sabah”ın imkanları “Barselona”ya müqavimət göstərə biləcək səviyyədə deyil. Ona görə də bu oyunda sürpriz nəticəyə ümidlərim çox azdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən