“Sabah” Bakıda “Barselona”ya məğlub OLDU
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah” və “Barselona” (İspaniya) komandaları arasındakı V tur oyunu başa çatıb.
Redaktor.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 31-ci dəqiqədə Entoni Qordon açıb. O, 51-ci dəqiqədə dubl edib.
55-ci dəqiqədə Kərim Adeyemi üçüncü qolu vurub. 60-ci dəqiqədə Qabriel Jezus adını tabloya yazdırıb.
63-ci dəqiqədə “Sabah”ın heyətində Coy Lens Mikels fərqi azaldıb.
Hazırda “Barselona” 12 xalla dördüncü pillədə qərarlaşıb.
Azərbaycan təmsilçisi isə 3 xalla 32-ci sıradadır.
***
63-cü dəqiqədə Coy Lens Mikels komandamızın ilk qolunu vurur.
***
60-cı dəqiqədə Qabriel Xesus 4-cü qolu vurur.
***
55-ci dəqiqədə Kərim Adeyemi komandasının üçüncü qolunu vurur.
***
51-ci dəqiqədə Entoni Qordon dublunu rəsmiləşdirir.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Fasilə.
31-ci dəqiqədə Entoni Qordon hesabı açır.
***
Matç başladı.
***
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacaq "Sabah" və "Barselona" (İspaniya) komandalarının start heyətləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Rəhman Daşdəmirov, Kristian Nvaçukvu, Umarali Raxmonaliyev, Xəyal Əliyev, İvan Lepinitsa, Timoteuş Puxaç, Erivaldo Almeyda, Ksander Severina, Du Keyros, Akim Zedadka.
"Barselona": Joan Qarsiya, Alexandro Balde, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Karim Adeyemi, Antoni Qordon, Cerard Martin, Frenki de Yonq (k) Jül Kunde.
Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" oyunu saat 21:45-də start götürəcək













