“Beşiktaş”ın İsrail klubu ilə qarşılaşmasında dava düşdü - VİDEO

 22:31 26.11.2026     55

UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçirilən matçda gərginlik yaşanıb.

Redaktor.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında qarşıdurma baş verib.

Polis əməkdaşları “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə ediblər.

Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.

 

Vumart və Güvən reklamı Vumart Güvən