Tbilisi meri “Beşiktaş” azarkeşləri ilə qarşıdurmadan DANIŞDI

 13:01 27.11.2026     94

“Təəssüf ki, futbolda azarkeşlər tərəfindən bu cür davranışlar olur. Burada qeyri-adi heç nə görmürəm”.

Redaktor.az xəbər verir ki, bunu Tbilisi meri, keçmiş futbolçu Kaxa Kaladze ötən gün Batumidə Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında keçirilmiş oyun zamanı azarkeşlər və polis arasında baş vermiş toqquşmaları jurnalistlərə şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları qanunvericiliyə uyğun hərəkət edərək digər vətəndaşların təhlükəsizliyini təmin ediblər.

“İlk dəfə deyil ki, azarkeşlərin bu cür hərəkətlərinin şahidi oluruq. Təəssüf ki, bu, futbolda, o cümlədən Avropa ölkələrində baş verir. Avropa çempionatlarından buna dair çoxlu misallar çəkə bilərəm. Qeyri-adi heç nə baş verməyib”, - deyə Kaxa Kaladze əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən