Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək
Azərbaycan Premyer Liqasında yeni hakim təcrübəsi tətbiq olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə çempionatın 13-cü turundan etibarən bəzi görüşlərdə AVAR-2 hakimi də iştirak edəcək.
Yenilik AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında tətbiq olunacaq.
Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq. Onun oyun epizodlarının qiymətləndirilməsində və qərarların qəbulunda heç bir funksional rolu olmayacaq.
Cari turun oyunlarına təyin olunan AVAR-2 hakimləri:
- “Neftçi” – “Zirə”: Fəridə Lütfəliyeva
- “Sabah” – “Araz-Naxçıvan”: İslam Məmmədov
- “Qarabağ” – “Sumqayıt”: Niyaz Əhmədov













