UEFA Avropa Liqasında baş verən insidentlərlə bağlı araşdırmaya BAŞLADI
UEFA Avropa Liqasının V turunda keçirilən “Marsel” – “Levski” və “Beşiktaş” – “Hapoel” matçlarında baş verən iğtişaşlarla bağlı bəyanat yayıb.
Redaktor.az xəbər verir ki, “Marsel”in 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə fransalı azarkeşlər bolqarıstanlı tərəfdarlara hücum ediblər. Hadisə nəticəsində 10-dan çox bolqar azarkeş xəsarət alıb.
Batumidə keçirilən və “Beşiktaş”ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada isə azarkeşlərlə gürcü polislər arasında iğtişaş baş verib.
UEFA baş verən hadisələri qətiyyətlə pisləyib. Qurumun bəyanatında futbol oyunları zamanı zorakılıq və aqressiyanın, nifrət, ayrı-seçkilik və ekstremist davranışların yolverilməz olduğu vurğulanıb.
Qurum hər iki matçla bağlı intizam araşdırmasının aparılması üçün etika və intizam məsələləri üzrə müfəttişlər təyin edib. Araşdırma çərçivəsində bütün mövcud sübutlar və hadisələrin təfərrüatları öyrəniləcək.













