"Liverpul" Maneyə əvəzləyici tapdı

 18:29 06.04.2019     615

"Lion"un yarımmüdafiəçisi Memfis Depay karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Redaktor.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, Hollandiya millisinin üzvü "Liverpul"un maraq dairəsindədir. Mersisaydlılar onu yayda "Real"a keçəcəyi gözlənilən Sadio Manenin əvəzləyicisi kimi görürlər. Ancaq 25 yaşlı futbolçunun intizamsızlığı Yurgen Kloppu düşündürür. Bu səbəbdən də klub rəhbərliyi danışıqlara başlamaq üçün baş məşqçidən cavab gözləyir.

Qeyd edək ki, Depay 2015-2017 mövsümündə "Mançester Yunayted"in də formasını geyinib.

Vumart və Güvən reklamı Vumart Güvən