73 yaşlı futbolçu "Ginnesin Rekordlar kitabı"na düşdü

 22:02 06.04.2019     481

İsrailin "İroni Yehuda" klubunun qapıçısı İsaak Hayik "Ginnesin rekordlar kitabı"na düşüb.

Redaktor.az-ın "Reuters" agentliyinə istinadən yaydığı xəbərə görə, 73 yaşında meydana çıxan qolkiper peşəkar karyerasını davam etdirən ən yaşlı oyunçu kimi tarixə düşüb. Aşağı dəstədə "Makkabi Ramat Qan"la matçda (1:5) "İroni Yehuda"nın qapısını qoruyan Hayikə oyundan sonra xüsusi mükafat təqdim olunub.
 
Qolkiper bu göstərici ilə uruqvaylı Roberto Karmonanın (53 yaş) rekordunu yeniləyib.

Qeyd edək ki, İraqda doğulan Hayik 20-ci əsrin ortalarında 10 minlərlə yəhudi kimi ailəsi ilə birlikdə İsrailə köç edib.

Vumart və Güvən reklamı Vumart Güvən