Hacı Əliyev növbəti dəfə Avropa çempionu olub

 22:22 09.04.2019     504

Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Türkiyə təmsilçisi Selahəttin Kılıcsallayanı məğlub edib. 3 qat dünya çempionu olan Hacı Əliyev 2014 və 2018-ci illərdə də Avropa çempionu olub.
Mahir Əmiraslanov (57 kq) isə bolqarıstanlı Georgi Valentinov Vangelova qalib gələrək bürünc medala yiyələnib.

Qeyd edək ki, Cəbrayıl Həsənov (79 kq) rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün Avropa çempionu adını qazanıb. Bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi final görüşünə çıxacaq.

Ağahüseyn Mustafayev (70 kq) Mustafa Kaya ilə üz-üzə gələcək. 97 kq-dakı Nurməhəmməd Hacıyev isə bürünc medal uğrunda görüşdə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.

Redaktor.az