Qadın güləşçilərimizin rəqibləri müəyyənləşib

 10:08 10.04.2019     531

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Redaktor.az-a verilən məlumata görə, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə qoşulacaq. Püşkatma nəticəsində yığmamızın 4 üzvünün ilk rəqibləri müəyyənləşib. Maraqlıdır ki, püşk güləşçilərimizi MDB ölkələrinin təmsilçiləri ilə üz-üzə qoyub.

50 kq
1/4 final - Türkan Nəsirova - Oksana Livaç (UKR)

59 kq
1/4 final - Elmira Qəmbərova - Svetlana Lipatova (RUS)

68 kq
Təsnifat - İrina Netreba – Yevgeniya Andreyçikava (BLR)

76 kq
1/8 final – Səbirə Əliyeva – Natalya Lanko (BLR).

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən