10 şahmatçımız Avropa çempionatında çıxış edəcək

 13:17 10.04.2019     478

Azərbaycanın 10 qadın şahmatçısı bu gün Türkiyənin Antalya şəhərində start götürəcək Avropa çempionatında iştirak edəcək.

Redaktor.az xəbər verir ki, yarışda ölkəmizi Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Fidan Ağasiyeva və Nərmin Söyünlü təmsil edəcək.

Qeyd edək ki, aprelin 23-dək davam edəcək yarışda ümumi mükafat fondu 60 min avrodur.

Redaktor.az