Biletlərdə 20% ENDİRİM edilib - Nigar Arpadarai "Formula 1"dən danışdı

 14:14 11.04.2019     777

26-28 aprel tarixində Bakıda baş tutacaq Formula 1 Azərbaycan Qran Prisində növbəti yeniliklər gözlənilir.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai Redaktor.az-a açıqlamasında bu barədə məlumat verib.

Qurum rəsmisi builki "Formula 1" yarışları ilə bağlı yeniliklərdən danışıb:

"Yeniliklər əyləncə proqramları ilə bağlı olacaq. Çünki Qran Pri üçün təşkil olunan yer dəyişmir, eyni küçələrdən istifadə olunur. Lakin əyləncə proqramlarında ötən il olduğu kimi çalışırıq ki, müəyyən dəyişikliklər, yeniliklər edək. Bulvar ərazisində təşkil olunan 2 kilometrlik ərazidə yeni şoular, uşaqlar üçün müəyyən oyunlar keçiriləcək. Konsert proqramları "Baku Crystal Holl" və "Elektra Events Holl"da baş tutacaq. Üç gün ərzində “Qızıl Qramafon” və “İlin mahnısı” mükafatlarına layiq görülmüş rusiyalı repçi Ciqan, “Taxt oyunları” serialının soundtrekini remiks etməklə məşhurlaşıan, türkiyəli DJ Mahmut Orhan, Robin Şultz və Lost Frequencies kimi məşhur musiqiçilər çıxış edəcək". 

Qurum rəsmisi biletlərin qiyməti və endirimlərlə bağlı da məlumat verib:

"Azərbaycan vətəndaşlarına ötən illərdə olduğu kimi biletləri daha ucuz qiymətə (20% endirimlə) satırıq. Eyni zamanda, ölkəmizin vətəndaşları üçün endirim müddəti xarici vətəndaşlarla müqayisədə daha çox olur. Qiymətlər müxtəlifdir, kateqoriyalara bölünüb. 3 günlük, 4 günlük, ayaqüstü, oturacaqlı yerlər və.s".

"Qran Pridən sonra bilet satışı ilə bağlı statistikanı təqdim edəcəyik" - deyə Nigar Arpadarai əlavə edib. 

Sərdar Məmmədov / Redaktor.az