Ulduz futbolçular arasında İNSİDENT - Yumruq davasına çıxdılar

 00:30 12.04.2019     575

Alman futbolunun flaqmanı olan  Bavariya Münhen klubunda insident yaşanıb.

Redaktor.az Almaniya mediasına istinadla bildirir ki, klubun səhər məşqində xoşagəlməz olay baş verib. İki tanınmış futbolçu-polşalı Robert Levandovski və fransalı Kinqsli Koman məşq sırasında əlbəyaxa davaya çıxıb.

Qeyd edilir ki, davaya səbəb Kinqsli Komanın komanda yoldaşının xəbərdarlığına məhəl qoymamasıdır. Klub məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.

Ulduz futbolçuların cəzalanacağı istisna edilmir.

Rüfət Xəlil / REDAKTOR.AZ