"Arsenal"dan Bakı finalına doğru BÖYÜK ADDIM

 06:00 12.04.2019     450

Futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinə start verilib.

İngiltərənin "Arsenal" klubu  2:0 hesabı ilə İtaliyanın "Napoli" komandasına qalib gəlib.

Lissabonda Almaniyanın "Ayntraxt" klubunu qəbul edən yerli "Benfika" rəqibindən üstün olub. Qarşılaşma ev sahiblərinin 4-2 hesablı qələbəsi ilə yekunlaşıb.

Çexiyanın paytaxtı Praqada baş tutan Slaviya-Çelsi rəqabətində gülən tərəf qonaqlar olub. 0-1

İspaniya klublarının duelində isə 4 top qeydə alınıb. Valensiya səfədə Vilyarealdan 1-3 hesabı ilə üstün olub.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları aprelin 18-də keçiriləcək.

Rüfət Xəlil / REDAKTOR.AZ