İki gimnastımız II Avropa Oyunlarına lisenziya qazanıb

 12:20 12.04.2019     92

Azərbaycanın iki idman gimnastı "Minsk-2019" II Avropa Oyunlarına lisenziya qazanıb. 

Redaktor.az-ın məlumatına görə, həmin gimnastlar İvan Tixonov və Marina Nekrasovadır. Polşanın Şetsin şəhərindəki Avropa çempionatında çoxnövçülük yarışında finala yüksələn gimnastlar növbəti Oyunlarda iştirak hüququna yiyələniblər. 

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 

Redaktor.az