Millimiz Latviya yığması ilə qarşılaşacaq

 12:52 12.04.2019     537

Futzal üzrə Azərbaycan milli komandası bu gün Latviya yığması ilə növbəti yoldaşlıq oyunu keçirəcək.

Redaktor.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, Liepaya Olimpiya Mərkəzində oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qarşılaşmanı Eduard Ratkuyins, İnqus Purins və Qunar Roqa idarə edəcəklər.

Qeyd edək ki, bu komandalar arasında bir gün əvvəl keçirilmiş oyunda millimiz 3:1 hesabı ilə qələbə qazanıb.

Redaktor.az