Messi, Pike, Suares, Rakitiç - "Barselona" ya ağır itki

 03:00 13.04.2019     500

İspaniyanın "Barselona" futbol klubunun 6 futbolçusu La Liqanın 32-ci turunda "Ueska" ilə oyunu buraxacaq.

Redaktor.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Lionel Messi,  Jerar Pike, İvan Rakitiç, Serxio Buskets, Luis Suares və Serxi Roberto sözügedən matç üçün 22 nəfərlik iştirak ərizəsinə daxil edilməyib.

Baş məşqçi Ernesto Valverdenin qərarı ilə burun sümüyündə çat olan Messi və zədəli Buskets "Ueska" ilə görüşdə iştirak etməyəcək. İvan Rakitiç qızdırması, Luis Suares və Jerar Pike cəzalı, Serxi Roberto isə zədəli olduğu üçün heyətə salınmayıb.

Qeyd edək ki, "Ueska" - "Barselona" qarşılaşması sabah keçiriləcək.

Rüfət Xəlil / REDAKTOR.AZ