Gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

 10:10 15.04.2019     438

Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Dünya Kuboku baş tutub.

Azərbaycan Gimnastika Federasiyasından Redaktor.az-a verilən məlumata görə, bu Dünya Kubokunda milli komandamızın üzvləri Yelizaveta Luzan və Darya Sorokina ilk dəfə olaraq böyüklər proqramında çıxış edərək, ölkəmizi təmsil ediblər.

Gimnastlarımız hər 4 alət üzrə öz güclərini sınayıblar. Çoxnövçülük xallarına əsasən Darya 59.150 xalla yarışları 45-ci, Yelizaveta isə 56.100 xalla 51-ci yerdə bitirib.

Redaktor.az