"Yuventus" üçün uğursuz gecə

 02:30 17.04.2019     493

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, mərhələ İtaliyanın flaqmanı "Yuventus" klubu üçün uğursuz olub. Evində Amsterdamın "Ayaks" klubunu qəbul edən "Qoca Sinyora" 1-2 hesabı ilə rəqibinə boyun əyib. İki oyunun nəticəsinə görə rəqibini 3-2 hesabı ilə qabaqlayan "Ayaks" yarımfinala vəsiqə əldə edib.

Rüfət Xəlil / REDAKTOR.AZ