"Tottenhem" və "Liverpul" yarımfinalda - İngiltərə derbisində 7 qol

 03:00 18.04.2019     482

Avropanın bir nömrəli futbol turniri olan Çempionlar Liqasının yarımfinalçıları məlum olub.

Son oyun günündə evində İngiltərənin "Liverpul" klubunu qəbul edən Portuqaliyanın "Porto" klubu bu dəfə də rəqibinə məğlub olub. Oyun "Liverpul" klubunun 1-4 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə rəqibini 6-1 hesabıyla üstələyən "Mersisayd"lılar adını yarımfinala yazdırıb.

İngiltərə derbisində isə gülən tərəf Londonun "Tottenhem" klubu olub. Rəqibi "Mançester Siti" klubuna 4-3 hesabı ilə məğlub olmasına baxmayaraq səfərdə 3 qol vuran "Tottenhem"  yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 30 aprel tarixində keçiriləcək.

Rüfət Xəlil / REDAKTOR.AZ